
Biz bu dostu Norveçə gəldiyimiz dən bəri tanıyırıq.O 8 il əvvəl Hol rayonundaki ilticaçilərin bircə kampındə mütərcim olaraq işləyirdi. Bizim tərcümə işlər də istər istəməz ona düşürdü.Tanış olandan sonra başa düşdüm ki bizim tərəflər uşağıdır. İranda Gilan əyalətində "Həştpər" şəhərində anadan olmuşdu, buna görə gilək dilini (İranın quzeyində danışılan dili) başarırdı. Atası Talışlı və anası isə Azərbaycanlı olduğuna görə deməli ana dilisi azərbaycanca idi. Genə var! O İngiltərə də təhsil etdiyi üçün ingiliz dilini ana dili qədər bilirdi və Norveç dilidə ki onun gündəlik dili idi. Həmdə həyat yoldaşı Norveçli olduğu üçün həmin dili də evdə danışırdılar. Xisusən ki uşaqları da ancaq Norveçcə danışırdılar. Deməli dostumuzla tanış olar ikən, 6 dili bacarırdı. Bu özü kifayət edirdi ki marağımı cəlb etsin.
Kiristmas bayramlıgları (Julegaver)
Kirisməs yeməyi (Julemat)
Mənim üçün maraqlı olan bu idi ki bir azərbaycanlı öz adət ənənələrini yeni ölkədə təcrübə etməsinə çalışır. Dostum və ailəsi (yoldaşı və 3 uşağı) sevirlər ki kirisməs baryramı səmimi bir hal və vəziyyətdə qutlansın. Buna görə bütün ailə çalışır bu axşam zananını bir biri ilə keçirsin. Bu isə axşam yemək vaxtında hər kəs süfrə başındadır. Həmçinin hər kəs bir vəzifəni boynuna götürür saki bu ənənədə bir iştirakçı kimi payı olsun.
Dostumun Norveçli həyat yoldaşı diqqətlə bütün bişirmə işlərini boynuna alır saki bütün qonaqlar yemək vaxtı əskiklikləri olmasın.
Qayın ana və qayın xala da çalışırlar bişirmə işlərində iştirakçı olalar.
Kirisməs südaşı (Julegrøt)Kirisməs südaşı (Julegröt) bu axşam mərasimlərinin birisidir. Axşam yeməyi hazır olana qədər, ailə kirisməs südaşını ikindilik olaraq yeyirlər. Bu ola bilir ki qədim zamandan bir ənənə olsun. Ev yeyəsi südaşın içinə bir dənə badam dənəsi atar. Yeyənlər yeyərkən maraqlıdırlar ki südaşın içində ki "badam dənəsini" kimə pay düşəcək. Badamı südaşda tapan kimsə "marsipangris" (donuz çokolatası) nı mukafat olaraq alacaqdır. Buna görə bəzən zərafat olaraq hər kəs ağzını doldurub sanki badamı tapmışdır deyə özünü göstərməyə çalışır. O gecə deyəsən birdənədən artıq badam atmışdırlar. Çünki həm mənim həmdə mənim həyat yoldaşımın südaşında badam dənəsi tapıldı!
Xalq arasında belə bir söz gəzir ki "Şaxtababa" (julenisse) bu axşam öz "uçar maralları" ilə gələrək uşaqlara bayramlıq gətirib paylar. Buna görə bir neçələri ki bu əfsanəyə inanırlar bir boşqab südaşını "tövlə"yə qoyarlar saki Şaxtababa bura gələndə ac getməsin. Bu təbrik karta baxmaqla bu barədə məlumat ala bilərsiniz.
Evdə hər şey Şaxtababa şəkilləri ilə bəzənir. Süfrədə kağazlarda Şaxtababa rəsimləri ilə bəzənib.

Julemat (kirisməs yeməkləri)
- Akevit (Yeralma arağı) çox ağır bir içgidir.

Uşaqlar öz hədiyəsini gedib ağac dibindən götürür
Hər kəs hədiyə alır hətta yaşlılar. Və bunların bayramı bizimki ilə fərği elə bunda dır. biz böyüklərə bayramlıq vermərik. Bu gecə hər kəs yeyir içir. Biz də axır da öz bayramlarımıza oxşasın deyə musiqi ilə çalıb əyləndik.