۱۳۸۲/۴/۲۶

Yeni durum, bes yeni siyasət




Bildiyiniz kimi İranda gərginli bir şərayit yaşanmaqdadır . Toplumsal narızaçılıq günü gündən yüksəlməkdədir, qazetələr hələ də budalama ( sansur ) problemi ilə əlbayaxa və qapalış cəzaları ilə üz üzə qalmışlar, qazetəçilər yenidən dəstə dəstə Yarğı Quvvə ( Qəzayi Quvvəsi ) quruluşlarına çağırılıb yada çağırılmamışdan Mafiya sayağı ilə küçə soxaqlarda tutuqlanıb gizli dostaqlara salınırlar . Xalqlar və o cümlədən Azərbaycan xalqı önərgən olaraq yubanmış milli istək və çatıncalarını əldə etməyə qərarlı və sarsılmazdır və bütün rejimin hədə qorxutmasına baxmıyaraq bu sonlarda Babək Qalasında bağıra bağıra bu istəyi yeni biçimdə üzə çıxmış zəmanənin Xəlafət və vəlayət qurumlarına e`lan etdi. Biliyurdu öyrəncilərinin seçkinləri Birləşmiş Beynalxalq Təşkilatının sədri Kufi Ənan`a məktub yazıb İranda pozulan insan hüquqlarını ortaya qoydular .Digər tələbə, aydınçı, yazıçı,və yaxud siyasi çalışanlar belə kimi hərəkata qoşulub rəsmi görəvçilərə məktub yazmaqla əmələn hakemiyəti təngə gətiriblər. Hökümət aparıcıları çeşitli snaryolarla çalışırlar ən son rəsmi opozisionan qalan " Milli-Dinli qrupları"nı biliyurdu olay və qalxışlara ilişdirib həbsləndirələr. Hətta xalqın oy verdiyi Məclis Vəkilləridə Rəhbərə yazdıqları o məşhur məktubdan sonra qusqulanmış hədələnmiş hala düşmüşlər. Bir yandan da Düzəlişçilərin böyük teorisiyəni Abbas Əbdi qazamatdan eşiyə buraxdığı 32 səhifəlik məktubu ilə hakimiyəti və özəlliklə Yarğı Quvvənin başında gedən cərəyanat və sistemini sorğu suala çəkərək rüsvay etdi . O ayaq dirədi ki dilə gətirdikləri, işgəncə və hədələnmə vasitəsi ilə mümkün olmuşdu. Ötəyandanda Zəhra Kazemi İranlı-Kanadalı tabeliyi olan jurnalist və çəkicinin şübhəli ölümünün yeni çixan rüsvayçılığı, həmçinin " Sınırsız İcmalçılar "ın İrana səfərinin yersiz nədənlər dolayısıyla ləğv olması ... Bütün və bütün göstərir ki hakemiyət artıq açmaz bir təngədə girə düşmüşdür : İçdə rejimə qarşı mübarizənin güclənməsi və dışda beynəlxalq basqısının çoxalması onu meydandan çıxa bilməyən bir hərifə çevirmişdir . Avrupa Birliyinin İran ilə iqtisadiyat ilişgilərini yenidən başdan alması üçün İnsan Hüququnu və Artırma Protokelə qatılmağı gözə almaq önşərti ilə əmələn onu baykotlaşdırmışdır . Bölgədə İraq, Əfqanistanda baş verən hadisələr heçbiri İslam rejiminin nəfinə olmamışdır ...
İndi istər istəməz bu mübarizədə baxmıyaraq buna ki Farsdır, Ərəbdir, Türkdür ya Kürddür yeni bir cibhə İslam hakemiyətinin qabağında açılmaqdadır ki özgürlük və pozulmuş mədəni haqqları yenidən qurmaq istəyir. Rejimdə eyni mövqedən ırıqla soyu nəzərə almadan bütün özgədüşünənləri,qarşı cibhədən taniyaraq öz düşməni sanır və onlara qarşı zorlama, qapaz, və işgəncə ilə dostaq siyasəti sürdürür . Sınırsız İcmalçıların e`lan etdiklərinə görə Xamənei qazetəçilərin ən böyük düşməni tanınmışdır.

Bu sayaqla məlumdur ki Təzəlik Əmniyət Qurumları ki deməli əməldə tərsə anlamı daşıyır və Ardıcıl Qətillər lə necə həmyerlilərin əmniyətin qorunması hamıya məlumdur yenidən Özünüqoruyan ( Mühafizəkar) mollalar tərəfindən toparlanıb fəaliyətə başlamışlar . Bu iş Tehran ilə bərabər İsfəhan, Şiraz, Təbriz və ya başqa şəhərlərdə gedir . Örnək üçün İnsafəli Hedayət Təbrizli qazetəçini yaxalanması ilə bərabər Məşhədli Möhsün Sazgara`nı da tutuqlayıb kimsənin xəbəri olmadan işgəncələrə məruz qoymuşlar! Hökümət Azərilərin Babək Qalasında böyük yürüşündən soyçuluğu gözə almaqdan onların öz mənafelərinə zərər toxunacağından daha çoxraq qorxulu idilər. Onlar eyni zamanda Biliyurdu hadisələrin ildönümü aksiyalarından da qorxulu idilər və gərəkəcək tədbirləri gözə almış çalışdılar hər iki hərəkatı boğsunlar.

Sözün qısası bu ki İslam Cumhuriyəti karsiz bir rejim kimi bütün ərsələrdə batmış nə irəliyə gedib nədə geriyə qayıda bilir . Təkcə əlaltında olan seçənəyi qabalıqla boğuntunu irəli sürüb istəkçələri qapazlamaqdır. Rejim dirçəlişli 60 (1980 ) illərin yuxusunu görür və o noqtəyə qayıtmaq istəyir. O illərdə də bütün qarşıçılar, başqaolanlar, və başqadüşünənləri qırqına verib, edə bildi bu günə dək davam etsin . Güya indi də dəyənək və qapazlama siyasəti ilə zənn edir o dönəmi dirildib yaşada bilir . Lakin artıq bu durum davamlı ola bilməz . Kütləvi istəkçə və umular genişlənib rejim gündə bir böhranla qarşı qarşıyadır. Düzəlişçi qollar ( cinahları ) İcraiyat Quvvə və Parlamentdə üstün pozisiyondan yararlanarkən bərkiş-boşaltma siyasəti ilə otoritədə gərəkən gücə malik ola bilməyib xalqın son ümidini hökümətin içdən dəyişməyə qabliyəti olanıda itirirlər . Artıq gülər Prizident Xatəmi də sözkəsəliyini xalq arasında əldən verib, hamı onun estefa etməsini tələb edir ...

Bu gedişlə lazım gəlir ki biz Azərbaycan önərgənləri yenidən baxışlarımızı incələməyə qalxaq. Bu ortamda Soy və Soyçuluq adi ilə problemlərə yanaşmaq bizi milli istəklərimizdən də sapdıra bilir . Bilməliyik ki hər bir dəyişməyi həyata keçirmək vəyaxud hər bir mədəni həqqimizi əldə etmək İranın hökümət və Anayasasını dəyişmək dayirəsindən sovuşur . Bu faktor danılmazdır . Buna görə bir az ilaysal( tarixsel ) və ırıqlıq dartışmalarından yenibdə əməli siyasət içində özümüzə yer axtarmalıyıq. Gərəklidir ki aydınçılar və özəlliklə bu sahədə qələm çalanlar tezliklə qapalılıq və kölgədən çıxıb bu ortama daxil olub başqalarla həmrəylik edək və eyni zamanda milli görüşlərimizi də topluma yaygılamış olaq . Ağ deyilsə bəs qaradır deməklə ancaq və ancaq özümüzü qəflətə qaplamış oluruq.Gərək ki başqa kütlələrlə ortaq mənafeimizi axtararaq tapmış olubda, bu mənafeyə uyğun ortaq estratej müəyyənləşdirək. Gərək elə siyasətlərdən ki bizi başqalardan ayırır və təkçi göstərir gen gəzək . Bu ki biz Türkük doğru amma bilməliyik ki bu cərgələmədə harda yer tutmuşuq !!

خوشبختی دادنی نیست ...

آی رفیق!    از پاییز گفتی. ولی وقتی از من بپرسی پاییز، می گویم: یعنی رنگ. یعنی نفس. یعنی تابلو نقاشی. و ... باید بگویم که پاییز نروژ را ...