۱۳۸۸/۵/۱۹

Hol-gününün adətləri bizimkilərə bənzəyir

Hol şəhəri Hallindal`ın bir bölgəsi olaraq , Norveçin ortasında tam iki böyük şəhərin Oslo ilə Bərgen`in arasında yerləşir. 600 nəfərə yaxın onun nifusunu təşkil edərək, ölkədə gözəl bir turism yer sayılır. Norveç ölkəsində çoxlu şəhərlər turism sənətini gücləndirmək, turistləri öz tərəfinə cəlb etməsinə görə bəzi işlər görürlər. Məsələn hər şəhər ilin bir gününü öz adına həsr edir. Hol` şəhəridə bundan müstəsna olmuyaraq Agustos ayının birimci gününü Holgünü olaraq qeyd etmişdir. Hərşeydən əvvəl bunu deməliyəm ki Norveç ölkəsi modern və ilərlənmiş olmasına baxmayaraq, onun anadili, kültür, adət və ənənələri böyük bir önəm daşıyır. Deməli elə bir organlar vardır ki bu məsələ ilə əlaqələnib, milli adətləri sistem üzərində öyrənib gənclərə də təlim verirlər saki bu adətlər zaman boyu unudulub aradan getməsin. Buna görə belə günləri aranjement eliyənlər kültürel sahəsini qətiyyətlə nəzərə almalıdırlar.
Holgünundə bizdə belə bir mərasemi görmək üçün çox maraqlı idik. Mərasimdə simbol olaraq iki gənc qız oğlanı evlənəcəklər deyə bəzəyib əski mili geyimlərlə şəhərin ən qədim klisəsinə gətirmişdilər.
Aşağıdaki şəkildə həmin kilisəni görürsünüz. Bu kilisənin ömründən min ilə yaxın gedir.

Kilisədə saxta kəbin kəsmə mərasemi qutulandan sonra, bəy-gəlini ata dolandırmağa hazırlayırlarmindirib şəhərdə.

Saxta qonaqlarda karvan dəstəsinə qoşulub yürüşə hazır olurlar. Ortada bir az qonaqlara musiqi çalınır.
Gördüyüz kimi hər kəs öz milli geyimlərini əyninə taxıb. Bu geyimlər tamaşıçıların gözünü oxşayəır.

Qızlar bu göstərilərin ən fəal iştirakçılarıdırlar.

Karvan dəstəsi yola çıxarkən adamlara pivə doldurub paylayırlar. Elə bil bu da öz yerində bir adətdır.


Bu da Hol şəhərin bir görüntüsü.


Qızlar at üstündə....

Karvan dəstəsi çala çala gedir. Qabaqda duranlar onları müşayyiət edənləri (tamaşaçıları) salamlayırlar.

Və uşaqlar da yaddan çıxmayıb. Onlarda öz yerini bu tərkibdə gözəlcə ifadə edirlər.

Toy - dəstəsini müşayyiət edənlər son toplanıcaq yerdə gözləyirlər. Burası Holun qədim binalar müsəsidir. Toy şənliyi burda baş verəcəkdir.



Gəlinlə bəy rəqsə dəvət olunurlar.


Hər kəs oyuna qatılır.


Uşaqlar da bu oyun og şənliyə qatılrlar. Maraqlı budur ki onların xalq oyunlarını elə bizim milli Azərbaycan xalq rəqslərinə bənzəyir.


Qızlar şənliyə öz nəğmələri ilə qatılırlar.

Gənc oğlanlar öz oyunları ilə qızların marağını çəkmək istəyirlər.

Ən sonunda mərasimdəki iştirakçıları öz geyimlərini tamaşaçılara göstərməyə səhnəyə çıxırlar.


Başlarına ağ birçək qoyan qızlar göstərir ki hələ evlənməyib subaydırlar.

Rəngli birçək taxanlar demək ki evlidirlər.

Bu mərasemin videosun aşağıdaki adresdə görə bilərsiniz:

http://www.hallingdolen.no/hdspelar/video/article91713.ece

هیچ نظری موجود نیست:

ارسال یک نظر

معرفی فیلم: رؤیاهای پروانه

«رؤیاهای پروانه» یکی از فیلم هایی است که پیشنهاد می کنم ببینید. با تصاویری زیبا و شاعرانه ... یک فیلم درام و رمانتیک که زندگی دو  این د...