۱۳۸۷/۱۲/۵

Ana dili günü Osloda ana dilində konsert ilə keçdi

Bə'zən qürbətdə bir kiçik kültürəl hərəkət minlərcə siyasi yazıdan da daha artıq tə'sir buraxır. Musiqi fə'aliyyətləri o cümlədəndir. Bu günlər Norveçdə azlıqların musiqi işi ilə uğraşmaq o qədərdə qolay deyil. Xüsusi ilə Azərbaycan musiqisi. Mən illərdir ki həm siyasi və həm sənət o cümlədən musiqi sahəsində fəaliyyət göstərirəm. Azərbaycan musiqisi mənim həyatımın bir bölümüdür. Buna görə etiraf etməliyəm ki bu işin çətinliyi siyasi işlərdən on qat çoxdur. Qoyun belə deyək ki bu işə qatılmaq həm cəsarət tələb edir, həm hünər və həmdə pul! Necə? İndi deyəcəyəm.
Buna görə cəsarət ki sənətçi özünü azdan çoxdan dünyanın bu gün ki səviyyəsində gedən sənət ilə göstərməlidir. Buna görə hünər ki həmin sənətçi Azərbaycan musiqisinə həvəs və maraqı olanları bir yerə toplayıb onlara konsert verməlidir. Və buna görə pul ki bu işlər pulsuz olmaz.

Savalan Azərbaycan musiqi qrupu bu gün Norveçdə istər istəməz həmin vəzifəni boynuna almış. Artist Təbrizli Məmmədrzanın təşəbbüsü ilə Norveç və başqa Avropa ölkələrində yaşayan azərbaycanlı musiqiçilər edə bilmişlər özlərini bu qrupda rəsmi bir şəkildə formalaşdırsınlar. İllərdir ki Savalan Norveçdə və başqa ölkələrdə konsert verməklə edə bilmiş özünü bir kültür ocağı kimi göstərmiş olsun.
Savalan afişini 2004 ildəki Oslo da Novruz bayram münasibəti ilə:

Savalanın afişi 2005 həmrəylik günü və yeni il münasibəti ilə görə bilərsəniz:


Keçən həftə Norveçin “Samspill beynəlxalq musiqi məcmuəsi” Savalanı konsert verməyə dəvət etmişdi ki bu özü böyük bir müvəffəqiyyət sayılır. Bizim qrup üçün bu proqram bir addım irəliyə atmaq kimi dəyərlənir. Bu ilk dəfə idi ki Savalan rəsmi bir şəkildə azərbaycanlılardan savayı başqa millətlərə də konsert verirdi.
Konsert Oslo da Samspillin Teatr-Gəmi'sinin zalında düzələnmişdi. Su kənarında duran gəmi romantik bir görüntüyü canlandırırdı. Ancaq havanın boran olduğu və şiddətlə qar yağdığı, konsertin10 dəqiqəlik təxirinə səbəb yaratdı. Buna baxmayaraq hər şey gözəl və maraqlı keçdi. Təbrizli Məmmədrza o gecə başardı bütün tamaşaçılara gözəl bir xatirə yaratsın. Konsertdə Azərbaycan xalq mahnıları və klassik əsərlərdən bir neçə nümunəsi səsləndirildi. Bu arada Tofiq Quliyevin “ Sənədə qalmaz” və Cahangir Cahangirovun “Ay qız” mahnıları Təbrizlinin duyğulu ifaçılığı ilə ən çox tamaşaçıların ürəyinə yapışıb, böyük alqışlarla qarşılandı. O əsna da biz eləyə bildik norveçli Azərbaycan musiqi həvəskarları ilə də görüşüb tanış olaq.

Beləliklə biz Azərbaycan musiqisi ilə "21 fevral Ana dili gününü" qarşıladıq. Aşağıda konsertdən bir neçə fotoqrafları görə bilərsəniz:
Holləndiya da yaşayan azərbaycanlı Elşad (tarda) və Rəsulu (kybourd'da) səhnədə görürsünüz.

Fredy Perolu musiqiçi ki Savalanla əməkdaşlıq edir.
----------------------------------

Sevda'dan fotoqrafları çəkdiyi üçün təşəkkür

هیچ نظری موجود نیست:

ارسال یک نظر

معرفی فیلم: رؤیاهای پروانه

«رؤیاهای پروانه» یکی از فیلم هایی است که پیشنهاد می کنم ببینید. با تصاویری زیبا و شاعرانه ... یک فیلم درام و رمانتیک که زندگی دو  این د...