۱۳۸۸/۷/۴

Azərbaycanlı Jurnalist Məlahət Nəsibova Norveçin insan hüquqları fondunun illik mükafatına layiq görülüb


Dünən bütün norveçin mediası azərbaycanlı jurnalist Məlahət xanımın Rafto mükafatına layıq gördüyündən söz etdilər. Bu xanım bu mükafatı cəsarətinə görə almışdır. Xəbəri aşağıda Amerika radiosundan oxuyuq. Norveç dilində oxuyan istəyənlər və bu mərasimi görmək üçün Norveçin 2. TV kanalında tamaşa edə bilərsiniz.
http://www.tv2nyhetene.no/innenriks/raftoprisen-tildeles-malahat-nasibova-2922572.html
Norveçin insan hüquqları qrupu Azərbaycanda müstəqil jurnalist və insan haqları fəalı Məlahət Nəsibovaya 2009-cu il mükafatını təqdim edib.
Norveçin Rafto Fondu bu gün açıqladığı bəyanatda bildirib ki, mükafat Məlahət Nəsibovaya Azerbaycanın muxtar Naxçıvan respublikasında rəsmilərin hakimyyətdən sui-istifadə etməsi, insan hüquqlarının pozulması və korrupsiya halları haqda məlumatlarına görə verilib.
Fond Nəsibovanın susa bilməyən, qanunsuzluq və ictimai təhlükəsizliyin mövcud olmadığı ekstremal şəraitdə çalışan bir jurnalist olduğunu deyib.
40 yaşlı Məlahət Nəsibova Turan informasiya agentliyi və qərb xəbər agentliklərində müxbir kimi çalışır. O həmçinin Naxçıvanda Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinə rəhbərlik edir.
Norveç fondu bildirir ki, Məlahət Nəsibova dəfələrlə həbs edilib, polis vəhşiliyi, müxalifət üzvlərinin oğurlanması və jurnalistlərin hücumlara məruz qalması haqda məlumat verdiyinə görə məhkəmə qarşısına çıxarılıb.
...............................................

Xəbərin mənbəi: Amerikanın Səsi radiosu

هیچ نظری موجود نیست:

ارسال یک نظر

معرفی فیلم: رؤیاهای پروانه

«رؤیاهای پروانه» یکی از فیلم هایی است که پیشنهاد می کنم ببینید. با تصاویری زیبا و شاعرانه ... یک فیلم درام و رمانتیک که زندگی دو  این د...