Yoldaş vətən uğrunda çalışmaq belə asan ola bilməz
Bir kimdə qədəm qoydu bu yolda daha peşman ola bilməz
Bu yolda ölüm var, yaralıq var, aralıq vardısa həqq var
Kim əhdi vəfa bağlamadı azim-i meydan ola bilməz
Hər bülbül-i aşıq oxuyar, cəh-cəh vurar yazda baharda
Gər yazı tuta qış daha heç bülbül-i xəndan ola bilməz
Bir insana ki eşqi, gücü, eli, şərafəti vətəndir
Eşq olmasa gər heç vədə insan belə insan ola bilməz
Heç vaxt o kəsin ki yoxudur eşq u vətən yolda şəhamət
Bu yolda gedib canı verib yurduna qurban ola bilməz
Qiymət vətənə verməyirəm, sözsüz onun qiyməti çoxdur
Ancaq o qədər ki canımızdan da bil ərzan ola bilməz
Əlbət dəyəri var vətənin, amma bilin burda vətən yox
Sahib vətənin ərzişi dir ki bi qıran can ola bilməz
İllərdi ki bir iddə bizim məmləkətə sahib olubdur
Ondan bu yana ölkəmiz İran daha İran ola bilməz
Qəzvin, Abadan, Yəzd-i Xoy-u lap belə bir pis günə qalmış
O Təbrizi Təbrizdə, o Tehranı da Tehran ola bilməz
Rəşt, Babul-u Zabül u Sənəndəc, bir də Məşhəd ya ki Əhvaz
Hər guşə xərabata çönüb, sanki da ömran ola bilməz
Bədbəxt eləyib miləri, evlər dağıdıb gözlər ağlayıb
Ondan buyana vallah bizim eldə bir oğlan ola bilməz
Qanlar tökülüb bixud u bica bu döyüşdə, bu vuruşda
Bu məsələni qoymasalar da bizə pünhan ola bilməz
Vurma başına ay ata, yolma saçını ay ana, səbr et
Didməklə bağırmaqla sənin can verənə can ola bilməz
Bir gül ki solubdur, saralıb ya quruyub rəngi qaçıbdır
Min arba su səpsən sulasan o gül ü əlvan ola bilməz
Qorxu, boğucu indi hökümət eləyir İrana, yoldaş!
Dur qalx ayağa yoxsa vətən İran ı ömran ola bilməz
Muxtara görürsən ki necə əhli vətən şövqə düşübdür

Yaz yaz, yenidən yaz, deməki dərdinə dərman ola bilməz
یولداش، وطن اوغروندا چالیشماق بئله آسان اولا بیلمز
بیر کیمده قدم قویدو بو یولدا داها پئشمان اولا بیملز
بو یولدا اؤلوم وار، یارالیق وار، قارالیق واردیسا حق وار
کیم عهد ـی وفا باغلامادی، عازیم ـی میدان اولا بیلمز
هر بولبول ـ و عاشیق اوخویار، جه جه وورار یاز دا باهاردا
گر یازی توتا قیش داها هئچ بولبول ـو خندان اولا بیلمز
بیر اینسانا کی عشقی، گوجو ، ائلی ، شرافتی وطن دیر
عشق اولماسا گر هئچ وده اینسان بئله اینسان اولا بیلمز
هئچ واخت او کسین کی یوخودور عشق و وطن یولدا شهامت
بو یولدا گئدیب جانی وئریب یوردونا قوربان اولا بیلمز
قییمت وطنه وئرمه ییرم، سؤزسوز اونون قیمتی چوخدور
آنجاق او قدر کی جانیمیزدان دا بیل ارزان اولا بیلمز
*
البت ده یری وار وطنین، آمما بیلین بوردا وطن یوخ،
«صاحب وطنین» ارزیشی دیر کی بی قیران جان اولا بیلمز
ایللردی کی بیر عده بیزیم مملکته صاحیب اولوبدور
اوندان بو یانا اؤلکه میز ایران داها ایران اولا بیلمز
قزوین، آبادان، یزد ـ و خوی ـ و لاپ بئله بیر پیس گونه سالمیش
او تبریزی تبریزده؛ او تهران ـی دا تهران اولا بیلمز
رشت، بابل و زابل و سنندج، بیر ده مشهد یا کی اهواز
هر گوشه خراباتا چؤنوب، سانکی دا عؤمران اولا بیلمز
بدبخت ائله ییب مین لری ، ائولر داغیدیب ، گؤزلر آغلادیب
اوندان بویانا والله بیزیم ائلده بیر اوغلان اولا بیلمز
قانلار تؤکولوب بیخود و بیجا بو دؤیوش ده، بو ووروشدا
بو مسئله نی قویماسالاردا بیزه پونهان اولا بیلمز
وورما باشینا آی آتا، یولما ساچینی آی آنا، صبر ائت
دیدمکله، باغیرماقلا سنین جان وئره نه جان اولا بیلمز
بیر گول کی سولوب دور، سارالیب یا قوریوب رنگی قاچیبدیر
مین آربا سو سپسن، سولاسان او گول ـو الوان اولا بیلمز
قورخو، بوغوجو ایندی حؤکومت ائله ییر ایرانا، یولداش!
دور قالخ آیاغا یوخسا وطن ایران ـی عؤمران اولا بیلمز
موختارا گؤرورسن کی نئجه اهل وطن شوقه دوشوبدور
یاز یاز یئنی ده ن یاز، دئمه کی دردینه درمان اولا بیلمز

هیچ نظری موجود نیست:
ارسال یک نظر