۱۳۸۹/۸/۱۸

Yardan qonaq gələn yel


Oturmuşdum birdən belə yel əsdi

Duyunca ətrini dedim ki sənsən.

Həmişə səndən öncə ətrin gəlir

Bilməm güllük sənmi yoxsa çəmənsən?


Yelə sarı qaçıb qapını açdım

Səni qarşılamağa hazır oldum

Amma səni qapıda görməyincə

Sevinc yerinə hıçqırıqla doldum.


Sanmışdım ki peşman olub gəlmisən

Buna görə güldüm səndə güləsən

Bütün göz yaşlarımı saxlamışdım

Bir gün gələndə sən onu siləsən


Kəşkə peşman olub mənə gəlirdin

Məndə inan bağışlıyardım səni

Ətrin gəlib, amma nə fayda sənsiz

İstəmirəm sənsiz gələn ətrini.


Əgər bir azca etməsəydin inad

Yə`qin bugün mənim yanımda idin

Artıq yeldən ətrini diləməzdim

Çünkü özün canım-qanımda idin

***

Düşüncələrimdə dalğın idim ki

Bir səs gəlib qapını daldan örtdü

Özümə gəldim ki görəm nə olmuş?

Birdən gələn kimi, birdən də ötdü!


Nisgil qalıb ürəkdə axır niyə,

Qonaq gələn yelə salam vermədim?

Bundan belə yellər çox əsdi ancaq

Yarımdan heç ətir nişan görmədim...


هیچ نظری موجود نیست:

ارسال یک نظر

معرفی فیلم: رؤیاهای پروانه

«رؤیاهای پروانه» یکی از فیلم هایی است که پیشنهاد می کنم ببینید. با تصاویری زیبا و شاعرانه ... یک فیلم درام و رمانتیک که زندگی دو  این د...